Aktrisa Günəş Teginin oğlu universitetə qəbul olub.
"Yeni Sabah" xəbər verir ki, o, sevincini izləyiciləri ilə bölüşüb.
Aktrisa həmçinin bir müddət öncə dünyasını dəyişən ərini yada salıb: pizza
"Tələbə oğlum... Kaş ki bu sevinci tam yaşayaydıq. Kaş ki, Rasim, səninlə birgə qeyd edərdik. Sən ki, bu qədər gözləyirdin, narahat idin. Desəm, eşidərsənmi? Oğlumuz qəbul oldu istədiyi yerə, istədiyi fakültəyə... Bütün tələbə adı qazanan şagirdləri təbrik edirəm. Yolunuz, zehniniz açıq olsun!".
Xatırladaq ki, Günəş Teginin əri Rasim Mehdiyev bu ilin mayında böyrək çatışmazlığından vəfat etmişdi.
Aydan Hacı
Telegram kanalımız