“Oğluma müğənni qız almaram” deyən Könülün oğlu müğənnini sevirmiş - Video

saytların hazırlanması

Evə çatdırılma

“Oğluma müğənni qız almaram” deyən Könülün oğlu müğənnini sevirmiş - Video

Şou

26 Noyabr 2019 12:59 1396


Əməkdar artist Könül Kərimova oğlu Rəşadla birgə "Şou ATV" verilişinin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, efir zamanı aparıcı Nanə Ağamalıyeva xanım ifaçının oğlu ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, K. Kərimova övladı müğənni qızı sevib: "Rəşad o vaxtlar bir müğənnini sevirdi. Könül xanım dedi ki, qətiyyən olmaz. Evdə ancaq bir müğənni olar".

Həmin müğənninin adı açıqlanmasa da, K. Kərimova aparıcının sözlərini təsdiqləyib: "Rəşad çox safdır. Həyatın hər üzünü görmüşəm. Onu qorumaq üçün etmişəm. Söhbət sənətçidən getmir. Onun yanlış seçim etməsindən qorxuram". Toyuqlu pizza

Xatırladaq ki, Könül Kərimova bir müddət əvvəl “Hüseynova bacıları” verilişində həmkarı Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” sözlərinə dəstək olduğunu bildirmişdi: "Elnarənin o sözünə birinci dəstək verən mən olmuşan. Bir oğlum var. Mən də ona heç vaxt müğənni qız almaram. Çünki istəyirəm ki, gəlinim evdə olsun. Onun qulluğunu görüm. Mənim 5 oğlum yoxdur ki, birinə müğənni, birinə həkim alım. Həm də istəyirəm gəlinim gözəl, ağıllı olsun. Düzdür, hər şey qismətdir. Ola da bilər, bunu faciə kimi qəbul etmirəm, amma düzü. istəmərəm".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!