Oğlunu itirən Nazpəri Dostəliyeva: “Özümə gələndən sonra qərar verəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Oğlunu itirən Nazpəri Dostəliyeva: “Özümə gələndən sonra qərar verəcəm“

Şou

03 İyun 2021 15:20 1900


Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar artıq bir ildən çoxdur qadağan edilib.

May ayının 31-dən sərt karantin rejimi yumşaldılıb metro, idman zalları və məscidlər açılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı.

Bu isə əsas gəliri toy məclislərindən olan sənət adamlarının etirazına səbəb oldu. Onlar mövcud durumdan gileylənərək “bir ildən çoxdur heç nə qazanmadıqlarını" deyirlər. Sezar pizza

Müğənnilərin əksəriyyəti pandemiyanın sənət adamlarına vurduğu maddi zərərdən gileylənir və Operativ Qərargahı toyların keçirilməsinə icazə verməyə çağırır.

Məsələ ilə əlaqədar Yenisabah.az-a danışanXalq artisti Nazpəri Dostəliyeva hazırda toylarla maraqlanmadığını deyib.

Bir müddət əvvəl oğlunu itirən xanım sənətçi hələ də özünə gələ bilmədiyini qeyd edib:

“Mən bu gün toy haqda fikirləşmirəm. Hazırda bu məsələlər məni heç maraqlandırmır. İnşallah, özümə gələndən sonra bu barədə düşünüb bütün suallara cavab verəcəyəm. İnanın, indi toy fikirləşəcəyim son şeydir. Bir ana övladını itirib, mən necə toy, şənlik haqda düşünə bilərəm?”

Qeyd edək ki, sənətçinin böyük oğlu Əli Quliyev mart ayında, 41 yaşında  vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!