Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Məmmədəliyevin idarə etdiyi “DAEWOO” markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çrıpılıb. Sezar pizza
Zərbənin gücündən avtomobil hissələrə bölünüb.
Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız