Oksananın aparıcı ilə öpüşərkən çəkilmiş görüntüsü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Oksananın aparıcı ilə öpüşərkən çəkilmiş görüntüsü - Foto

Şou

13 Noyabr 2019 09:32 1409


Məşhur rəqqasə-aktrisa Oksana Rəsulovanın baş rolu oynadığı "Sevgi romanı" bədii filminin posteri yayımlanıb. 

“Yeni Sabah” xəbər verir ki, aktrisa öpüşmə görüntüsü ilə yenə  gündəmə gəlib. O,  filmdə tərəf müqavili olduğu  Şəhriyar Əbilovla öpüşüb.

Ekran işi 13 fevraldan etibarən kinoteatrlarda nümayiş ediləcək. Oksana bundan əvvəl  keçmiş əri - reper Elşad Xose ilə rol aldığı "Mələyin öpüşü" filmində də öpüşmə səhnəsi ilə səs-küy yaratmışdı. Dominos pizza

Qeyd edək ki, o, filmin təkcə aktrisası deyil, həm də prodüseridir. Filmin çəkilişləri Bakı və Nabranda aparılıb.

Oksana Rəsulova 2012-ci ildən indiyə qədər "3 bacı", "Zaman adlı qatar", "Şər qarışanda", "Mələyin öpüşü", "Bayram axşamı" kimi filmlərə çəkilib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!