Öləndən sonra sosial media hesabları kimə qalır? – “Rəqəmsal miras” anlayışı var”

saytların hazırlanması

Evə çatdırılma

Öləndən sonra sosial media hesabları kimə qalır? – “Rəqəmsal miras” anlayışı var”

Rəqəmsal

06 İyul 2026 09:41 244


Sosial şəbəkə hesablarında artıq ölmüş adamları dirilərdən necə fərqləndirməli?

“Facebook”, “Instagram”, “TikTok” və digər platformalarda illərlə toplanan şəkillər, yazışmalar, videolar və xatirələr insan vəfat etdikdən sonra da qalır və məcazi dostlardan kiminsə dünyadan köçdüyü çox vaxt bilinmir.

Bəs həmin hesabların aqibəti necə olur? Onlar ailə üzvlərinə keçir, yoxsa tamamilə silinir? Pepperoni pizza

“Facebook”, “Instagram” və “Google” kimi qlobal platformalarda hesablar yalnız istifadəçiyə məxsus hesab edilir və ötürülə bilən əmlak sayılmır”.

Bunu “Yeni Sabah”a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə sosial media hesabları artıq “rəqəmsal miras” anlayışının bir hissəsinə çevrilib. Lakin bu hesablar hüquqi baxımdan klassik miras kimi vərəsələrə keçmir:

“Buna görə də insan vəfat etdikdən sonra yaxınları onun hesabının şifrəsini əldə edib həmin profil adından fəaliyyət göstərə bilmirlər”.

Ekspert qeyd edib ki, “Meta” şirkəti (“Facebook” və “Instagram”) uzun illərdir bu kimi halların qarşısını almaq üçün xüsusi funksiyalar tətbiq edir. İstifadəçilər sağ olduqları müddətdə hesab parametrlərində “Varis təyin etmə” (Legacy Contact) funksiyasını aktivləşdirə və ya hesablarının ölümündən sonra “Xatirə statusu”na (Memorialized) keçirilməsini seçə bilərlər. Bu halda profil qorunub saxlanılır, ad günü bildirişləri dayandırılır və hesab aktiv istifadəçi kimi görünmür.

Elvin Abbasov bildirib ki, “Google”-da da oxşar sistem “Aktiv olmayan hesab meneceri” vasitəsilə istifadəçi əvvəlcədən hesabının ölümündən sonra silinməsi və ya məlumatlarının müəyyən şəxslərlə paylaşılması barədə qərar verə bilər.

“TikTok” və “X” (keçmiş “Twitter”) platformalarında isə belə əvvəlcədən varis təyin etmək imkanı yoxdur. Bu platformalarda hesabın silinməsi üçün ailə üzvləri ölüm haqqında şəhadətnaməni tərcümə və təsdiq olunmuş formada platformanın dəstək xidmətinə təqdim etməlidirlər:

“Azərbaycanda "rəqəmsal miras" və ya sosial media hesablarının vərəsəliyi ilə bağlı ayrıca hüquqi norma mövcud deyil. Hazırda bu məsələlər əsasən beynəlxalq platformaların daxili istifadə qaydaları ilə tənzimlənir. Yalnız gəlir gətirən “YouTube” kanalı və ya kommersiya məqsədilə idarə olunan sosial media hesabları olduqda, həmin hesabdan əldə edilən gəlirlər və müəllif hüquqları vərəsəlik predmetinə çevrilə bilər. Adi şəxsi profillərin bağlanması və ya xatirə statusuna keçirilməsi isə platformaların daxili prosedurlarına uyğun həyata keçirilir”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!