Ölkədə 16 nəfər “donuz qripi”nə yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə 16 nəfər “donuz qripi”nə yoluxdu

Sağlamlıq

31 Yanvar 2019 18:39 1110


Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair xəbər yayıb.

“Yeni Sabah” Medicina.az-a istinadən xəbər verir ki, təşkilatın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halının təsdiqini tapdığını bildirib. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycanda "donuz qripi”nə yoluxma qeydə alınmayıb.  pizza

Qeyd edək ki, ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi,  16 halda  А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!