Oman sahillərində yük gəmisinə hücum edilib

saytların hazırlanması

Evə çatdırılma

Oman sahillərində yük gəmisinə hücum edilib

Dünya

08 Avqust 2026 20:33 86


Oman sahillərində yük gəmisi atəşə tutulub və nəticədə gəmidə yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Xasabdan (Oman) 18 dəniz mili şərqdə insident barədə məlumat alıb. Yoxlanılmış mənbədən əldə edilən məlumata görə, gəmi naməlum mərmi ilə vurulub və nəticədə göyərtədə yanğın baş verib. Yanğın söndürülüb", - deyə koordinasiya mərkəzindən bildirilib. Marqarita pizza

UKMTO gəminin və ekipajın təhlükəsizlikdə olduğunu açıqlayıb. Gəminin növü və adı barədə məlumat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!