Ombudsman 82 min manata avtomobil aldı

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman 82 min manata avtomobil aldı

Avto

03 Sentyabr 2020 17:46 6444


İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) “İdeal Motors” MMC ilə maliyyə dəyəri 82 000 AZN olan müqavilə imzalayıb. 

Yenisabah.az xəbər verir ki, Ombudsman bu məbləğə şirkətdən nəqliyyat vasitəsi alıb. 

“İdeal Motors” MMC  “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.

Ombudsmanın şirkətdən bir, yoxsa bir neçə avtomobil aldığı bəlli deyil.

Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Bir müddət əvvəl Səbinə Əliyeva və Siyavuş Novruzov xüsusi karantin rejimi dövründə təşkil edilən akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiklərinə görə gündəmə gəlmişdilər. Sonradan Siyavuş Novruzov bəyanat yayaraq Ramiz Mehdiyevin onları aldatdığını bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!