Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin bugünkü qonaqlarından biri müğənni Manaf Ağayev olub.
"Yeni Sabah" xəbər verir ki, Manaf Ağayev sosial şəbəkələrdə paylaşımlarına sərt şəkildə şərh yazanlara heç nə etmədiyini deyib:
"Mənim də sevmədiyim adam var. Allaha and olsun bir nəfərə bir dənə bir şey yazmaram, nə də bir şey eləmərəm". pizza hut
Bu zaman aparıcı Tarix Əliyev (Tolik) müğənninin sözünü kəsib və onu ifşa edib: "Yazmarsan? Məndə sənin bir adamı "Direct"ə söyməyin var. Ona yazmısan ki, "Belə hünərli oğlansan gəl görüşək". Nömrəni də yazmısan. Mənə göndəriblər"
Müğənni isə Tolikin açıqlamasına "Yox, o, nə isə deyib. O, ayrı şeydir" sözü ilə reaksiya verib.
Telegram kanalımız