“Onlara pis xəbərim var” – Mübariz Mənsimov  + Video

“Onlara pis xəbərim var” – Mübariz Mənsimov  +
Avq 25, 2019 08:09
Oxunma sayı: 11425

““Mammad Amin Resulzadeh” gəmisinin qəzasından sevinənlərə pis xəbərim var”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov deyib. O, bildirib ki, gəminin təmiri yekunlaşıb və  ilk səfərinə yola düşür. 

“Arzularınız içinizdə qaldı. Dahi Liderimiz Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Biz də bu cümləni bir qədər dəyişərək deyirik: “MAMMAD AMİN RESULZADEH” gəmisi dənizlərə çıxdı və heç bir vaxt batmayacaq. 

Əksinə, sizin arzularınız batacaq dəryalarda. Gəmimizin ilk səfəri Rusiyanın Rostov limanına doğrudur. 

Gəmimizin qəzaya uğramasına gəlincə, burada qarşı tərəfin günahı tam şəkildə 100% sübut olundu. Həmin gəminin kapitanının dindirilməsi davam edir. “MAMMAD AMİN RESULZADEH” gəmisinin bütün təmir işlərini qarşı tərəf ödədi”.

Yenisabah.az