Qarabağda antiterror əməliyyatının keçirildiyi vaxt tiktokerlərə müraciət ünvanlayan tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) efirdə onlar haqda danışıb.
Yenisabah.az xəbər verir ki, Tolik tiktokerləri, şou əhlini və bəzi bloqerləri sərt şəkildə tənqid edib:
“Qanında azərbaycanlı qanı olmayan bloqerlər VPN-lə “TikTok”da canlı yayım açıb oyunlar apardılar, jeton dilənməyə davam etdilər. Nə qədər düşməni özümüzə güldürəcəyik? Bir gün bu canlını açmasaydınız nə olacaqdı ki? Artıq mən düşünürəm ki, sizin evinizdə əminiz, atanız, ananız ölsə də, gecə mütləq 1 saat vaxt tapıb canlı yayım açıb o jetonları qazanmalısınız. Çünki sizin üçün Vətəndən də irəlidə olan o jetonlardır. 2 milyon izləyicisi olan bloqerlərə səslənirəm, niyə Azərbaycanın içində baş verənləri paylaşmadınız ki, camaat görsün? Səhifənizin dizaynı pozulardı?! Bu qədər adam şəhid oldu, balalar atasız, qazilər əlsiz, ayaqsız, gözsüz qaldı ki, sizlər bir həftəyə 5-10 min manat pul qazanasınız… Əlinizi vicdanınıza qoyun”. pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız