ARB-nin efirində yayımlanan “Səhər-Səhər” verilişində qonaq olan tanınmış aparıcı Vüsalə Kərimova qalmaqallı fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, o, ev işlərində xanımlarına kömək edən kişiləri təhqir edib:
“Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Həyatda hər cür insan mövcuddur. Hər kəsin özünəməxsus xarakteri var. Mən o modern kişiləri bəyənmirəm. Onları kişi kimi qəbul etmirəm”. pizza mizza
“Sabah görəcəyim işləri bilirəm və buna görə də zəhmət çəkib gecə yeməyimi hazırlayıram, işlərimi də görürəm. Yəni, kişi gəlib paltar yuyacaqsa, yemək hazırlayacaqsa... Kişinin kişi, qadının da qadın işi var. Bu, diskriminasiya deyil. Salona da getməyi, uşağıma da quluq etməyi bacarıram”, - deyə aparıcı bildirib.
Telegram kanalımız