“Onların tankerlərini məhv edəcəyik” – İrana hədə

saytların hazırlanması

Evə çatdırılma

“Onların tankerlərini məhv edəcəyik” – İrana hədə

Dünya

06 Sentyabr 2026 09:19 74


Pentaqon rəhbəri hücumların davam edəcəyi təqdirdə İranın tankerlərini məhv etməklə hədələyib.

“Yeni Sabah” xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu İranın bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyə davam edərsə, onun bütün tanker donanmasını vurub batırmağa qadirdir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) şənbə günü ABŞ hərbi gəmilərinə edilən hücumlara cavab olaraq üç İran tankerini vurduğunu elan etməsindən sonra Heqset sosial mediada yazıb: "Əgər İran ABŞ gəmilərinə atəş açsa, biz də onların tankerlərini məhv edəcəyik. Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır". Toyuqlu pizza

Pentaqon rəhbəri vurğulayıb ki, İranın tanker donanması müdafiəsizdir: “İranın nə donanması, nə də hava qüvvələri var. Təyyarələrimiz, gəmilərimiz və sualtı qayıqlarımız hamısına zərbə endirə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!