Xəbər verdiyimiz ki, gənc müğənni Hiss (Röya Məmmədli) ilə aparıcı Amil Xəlil arasında qarşıdurma yaranıb.
Bu barədə teleaparıcı ötən gün sosial şəbəkə hesabında məlumat vermişdi. Onun sözlərinə görə, apardığı araşdırmadan sonra müğənni ona yazaraq şəhidlə şəklinin yanaşı paylaşılmasını istəmədiyini və paylaşımın silinməsini tələb edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Amil Xəlil deyib ki, Hiss arxivdəki görüntülərin keçmiş görünüşünə görə yayımlanmasını istəmir: Dördpendirli pizza
“Problem mən həmin süjeti yayımlayandan sonra başlayıb. Hissin meneceri bizim əməkdaşlara yığıb, əməkdaşlarımız bildirib ki, Amil bəy çəkilişdədir, çünki mən çəkilişdə olduqda telefonu söndürürəm. Çəkiliş bitdikdən sonra gördüm ki, mənə “İnstagram”dan yazıb, daha sonra silib. Sonra bizim bir dostumuzdan xəbər göndərib ki, Hiss istəmir ki, keçmiş, “çolka”lı görüntüləri yayımlansın. Görünür, adam istəmir ki, keçmişi ilə bağlı görüntülər yayımlansın, onları bəyənmir. Deyir, istəmirəm ki, məni o cür xatırlasınlar.
Xalq artisti Röya Ayxan belə bəzən elə arxiv şəkillərini paylaşır ki, adam baxanda düşünür ki, necə risk edib bunu paylaşır. Burada nə var ki? İndi mən Hissin arxivdən “çolka”lı bir şəklini tapmışam, nə olsun? Özü də Ulu öndərin qarşısındadır”.
Aparıcı qeyd edib ki, Hissin şəhidimizin həyatı ilə bağlı hazırlanan süjeti sırf öz görünüşünü bəyənmir deyə sildirmək istəməsi düzgün addım deyil:
“Hələ üstəlik sonra mənə “özünəməxsus” tərzdə bir mesaj da yazıb. Məndə həmin mesajlar qalır, ona başa saldım ki, mən kiməm, sən kimsən. Mən keçmişimi danmıram, əksinə keçmişimlə fəxr edirəm. Sən niyə keçmişindən utanırsan, niyə utanmalısan?! Üstəgəl, sən görürsən ki, həssas məqamdır, şəhidimizlə bağlı hazırlanan süjetdir, onunla bağlı araşdırmadır, nə əl qatmısan özünə ki, silinsin?! Nə qədər insan o süjeti izləyib. Niyə sildirəsən ki? Heç olmasa, qoy, bir müddət keçsin, sonra gəl de ki, silin. Bu insanlar nədən narahat olur anlamıram...
Yaxın bir adamla xəbər göndərib ki, çolkalı görüntülərinin yayılmasını istəmir. Halbuki, həmin görüntülərdə bir hissədə deyir ki, “Space”də məşhur olmaq mənim ən böyük arzumdur. İndi “Space”i bəyənmir. Elə onu “Space”də Amil Xəlil məşhur etdi. 90 faiz insan deyir ki, “Belə müğənni var? Mən tanımıram”.
Mənim üçün belə mövzular həssasdır. Bu günlərdə digər aparıcılar proqramlarına davam edirlər, amma mən efiri də dayandırmışam. Xüsusi buraxılış edirəm ki, şəhidlərimiz var, 1-2 gün sonra köhnə efir proqramımıza baxarıq. Çox adam dilində deyir, amma biz əməlimizlə bu mövzunun həssas olduğunu göstəririk”.
Amil Xəlilin açıqlamada qeyd etdiyi verilişdən olan kadrları təqdim edirik:
Əsmətxanım
Telegram kanalımız