Onunla şəkil çəkdirmək istəyən şəxsi öldürən “Altay”la bağlı qərar verildi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Onunla şəkil çəkdirmək istəyən şəxsi öldürən “Altay”la bağlı qərar verildi - VİDEO

Dünya

11 Oktyabr 2026 23:13 119


İngiltərədə vəhşi təbiət parkında bir ziyarətçinin ölümünə səbəb olan Sibir pələngi barədə qərar verilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Donkaster şəhəri yaxınlığındakı Yorkşir Vəhşi Təbiət Parkında qeydə alınıb.

Ziyarətçilərdən biri təhlükəsizlik baryerini keçərək beş yaşlı “Altay” adlı pələngin saxlanıldığı əraziyə daxil olub. Heyvanın hücumu nəticəsində kişi həyatını itirib. pizza sifarişi

Məlumata görə, ziyarətçi pələnglə şəkil çəkdirmək məqsədilə təhlükəsizlik baryerini keçib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra park boşaldılıb, polis araşdırmaya başlayıb.

Park rəhbərliyi “Altay”ın sağlam olduğunu və öldürülməyəcəyini açıqlayıb. Hadisənin başvermə şəraiti araşdırılır./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!