Oqtay Gülalıyevin səhhətində ciddi DÖNÜŞ   - Video

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyevin səhhətində ciddi DÖNÜŞ - Video

Sosial

23 İyun 2021 17:51 1268


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətindən irəliləyiş qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev öz “Facebook” hesabında paylaşım edib. Görüntülərdə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Oqtay Gülalıyevi hərəkətə gətirməyə cəhd edir. Nəticədə Gülalıyevin artıq əllərini hərəkət etdirdiyi, jest və mimikalarla fikrini çatdırmağa çalışdığı müşahidə olunur.

Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da qəza keçirib. Belə ki, hüquq müdafiəçisi piyada keçidini keçərkən onu maşın vurub. O, dərhal Musa Nağıyev adına Bakı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə Baku City Hospital klinikasına aparılıb.  Oktyabrın 30-da isə  Respublika Neyrocərrahiyyə xəstəxanasında əməliyyat keçirib. Bundan sonra Gülalıyev  Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərilib. 2021-ci il yanvarın 25-də isə Azərbaycan həkimlərinin Oqtay Gülalıyevin beynində fəsad yaranmasına gətirib çıxaran hərəkətləri ilə bağlı Prokurorluq təkrar təhqiqata başlayıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!