Orduya dəstək olmayan azərbaycanlı məşhurlar   - Onlar erməni fanatlarından qorxurlar?

saytların hazırlanması

Evə çatdırılma

Orduya dəstək olmayan azərbaycanlı məşhurlar - Onlar erməni fanatlarından qorxurlar?

Şou

05 Oktyabr 2020 12:58 9363


Azərbaycan və Ermənistan arasında döyüşlər bazar günü, 27 sentyabr səhərindən bəri davam edir. Həmin gündən bəri həm ölkəmizdə, həm də xaricdə yaşayan həmvətənlərimizin orduya dəstəyi gecikmədi.

Yenisabah.az xəbər verir ki, belə həssas məqamda bəzi azərbaycanlı məşhurların məsələyə səssiz qalması təəssüf doğurdu. Belə ki, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan, Rusiyada yaşayan bəzi müğənnilər və bloqqerlər bu barədə heç bir paylaşım etməyib.

Rusiyada məşhurlaşan azərbaycanlılar siyahısında olan bloqqer Hüseyn Həsənov, Coni (Cavid Hüseynli), Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai), Rauf Faik  kimi məşhurların səssiz qalması sosial şəbəkə istifadəçilərinin etirazlarına səbəb olub. Onlar bu barədə ifaçılara sual ünvanlasalar da etirazları cavabsız qalıb. Marqarita pizza

Qeyd edək ki, bəziləri məşhurların bu addımını Rusiyada erməni fanatlarının çox olması ilə əlaqələndirirlər. Bu isə azərbaycanlı izləyicilərin hiddətinə səbəb olub.

Xatırladaq ki, iyul ayında müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlıları tənqid etmişdi.

Bununla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi onların şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!