“Ortada gəzən “qara pişiklər“ imkan vermədi ki, aramız düzəlsin”

saytların hazırlanması

Evə çatdırılma

“Ortada gəzən “qara pişiklər“ imkan vermədi ki, aramız düzəlsin”

Şou

06 Oktyabr 2022 15:18 1031


Müğənni Kərim Abbasov uzun illər qalmaqal yaşadığı həmkarı Rəhim Rəhimli barədə danışıb.

Yenisabah.az xəbər verir ki, "Xəzər" telekanalında yayımlanan “Səhər Mərkəzi” proqramının qonağı Rəhim Rəhimlinin ölüm xəbərini aldıqda pis olduğunu bildirib:

“Daha heç kəslə qırğın-dava istəmirəm, Rəhim öləndən sonra bunları istəmirəm. Dedim, Rəhim, kaş ölməyəydin. Eybi yox, kaş səninlə yola getməzdik, atışardıq, amma kaş ölməyəydin. Sən pis insan deyildin. Ola bilər aramızdan pişik qaçıb filan, münasibətlərimiz korlandı. Amma o pis insan deyildi. Ortada gəzən "qara pişiklər" imkan vermədi ki, aramız düzəlsin”. Toyuqlu pizza

Xatırladaq ki, tərəflər arasında illər əvvəl mübahisə yaranıb. Rəhim Rəhimlinin TV-də Kərim Abbasov haqqında “Kərim 10 nəfərin içində elə söz deyə bilər ki...” deməsi mübahisəyə səbəb olmuşdu.

K.Abbasov isə R.Rəhimliyə cavabında demişdi:

“Çıxıb maqazin proqramlarının birində deyir ki, Kərim 10 nəfərin içində elə söz deyə bilər ki... Yəni ağzının danışığını bilmir. Mən də onun sözlərinə şok oldum. Dedim ki, bu, nə danışır? Yəni 9 milyonun içində mənə “ağzının danışığını bilmirsən” dedin”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!