Orxan Rəhimov yüksək vəzifəyə   təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Orxan Rəhimov yüksək vəzifəyə təyin olundu

Sosial

13 Avqust 2026 12:42 71


Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, mərkəzin direktoru vəzifəsinə Orxan Rəhimov təyin edilib. Sezar pizza

O, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı Mühəndis iqtisadiyyatı fakültəsinə daxil olub və 2010-cu ildə universiteti bitirib. 2011-ci ildə həmin universitetin Biznesin idarə edilməsi ixtisası üzrə magistratura pilləsinə qəbul olub, 2014-cü ildə təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan O.Rəhimov 2011–2012-ci illərdə Azərbaycan Beynəlxalq Bankında, 2012–2015-ci illərdə “Bank Technique” ASC-də, 2017-ci ildən isə “SOCAR Methanol” MMC-də müxtəlif vəzifələrdə çalışıb.

O, 2018–2024-cü illərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini, 2024-cü ildən isə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Müəssisəsində direktor vəzifəsində fəaliyyət göstərib.

O.Rəhimov bundan sonra Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə rəhbərlik edəcək.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!