“Oskar“ mükafatlı rejissor tələbəsindən oğurluq edib

saytların hazırlanması

Evə çatdırılma

“Oskar“ mükafatlı rejissor tələbəsindən oğurluq edib

Şou

06 Aprel 2022 14:20 662


İranda məhkəmə iki dəfə "Oskar" mükafatı almış iranlı rejissor Əsgər Fərhadini plagiatda təqsirli bilib.

Axşam.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Məhkəmə rejissorun “Qəhrəman” adlı filminin ideyasını tələbələrindən birindən götürdüyünə qərar verib.

Orijinal ideya müəllifi olan Azadə Məzizadə “Bütün qaliblər, bütün uduzanlar” qısametrajlı filmini təqdim edib. Rejissor isə layihənin süjetini buradan götürüb. O, titrlarda belə ideya müəllifi olaraq qızın adını çəkməyib. Toyuqlu pizza

Məhkəmə Fərhadiyə verilməli olan cəzanı hələlik müəyyən etməyib. İlkin olaraq filmin kinoteatrlarda və ya onlayn nümayişindən əldə edilən bütün gəlirlərinin əsl müəllifə verilməsi nəzərdə tutulur. Həmçinin, rejissor həbs cəzası ilə üzləşə bilər.

Qeyd edəkj ki, “Qəhrəman” ilk dəfə  ötən il Kann kinofestivalında nümayiş etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!