Osman Gündüzdən nazirliyə sərt irad: “Anlamıram, nə baş verir”

saytların hazırlanması

Evə çatdırılma

Osman Gündüzdən nazirliyə sərt irad: “Anlamıram, nə baş verir”

İqtisadiyyat

02 İyul 2026 17:49 262


“Söhbət dövlət qurumu statusunda olan, əvvəllər RİNN-in tabeliyində fəaliyyət göstərən, hazırda isə AZCON Holding-in tərkibində olan Milli Süni İntellekt Mərkəzindən gedir. Baxıram ki, geniş bir açıqlama yayıblar.  Milli Süni İntellekt Mərkəzi İRİA və BMT-nin bir departamenti ilə əməkdaşlıq çərçivəsində keçirilən “Rəqəmsal hökumətin inkişafı” tədbirində bir sıra rəqəmsal həlləri təqdim edib. Düzü, anlamıram nə baş verir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin süni intellekt mövzusundakı yanaşmasını düzgün hesab etmir:

“RİNN-in süni intellekt sahəsində əsas qurumu hesab olunan belə bir "milli" mərkəzin missiyası sıradan rəqəmsal layihələr təqdim etmək yox, daha konseptual, strateji və sistemli məsələləri gündəmə gətirmək olmalıdır. Toyuqlu pizza

Əgər bu qurum sadəcə rəqəmsal məhsullar hazırlayan adi bir MMC-dirsə, onda "Milli" statusunun mahiyyəti nədir?

Yox, əgər dövlətin süni intellekt siyasətinin formalaşdırılması, koordinasiyası və tətbiqində mühüm rol oynayırsa, ictimai müzakirəyə çıxardığı mövzular da həmin səviyyədə olmalıdır.

Yeri gəlmişkən, son dövrlər adında "Milli" sözü olan, amma mahiyyəti buna uyğun görünməyən qurumların sayının artması da diqqət çəkir.

Cəmi bir neçə gün əvvəl Rəqəmsal İnkişaf Şurasının iclası keçirildi və ölkənin rəqəmsal transformasiyası ilə bağlı ciddi mesajlar verildi. Cəmiyyətin, biznesin və sektorun gözləntiləri kifayət qədər böyükdür.

Belə bir mərhələdə "Milli" statuslu qurumdan E-Qanun.ai, DataRace.ai, Neyron.ai və AI Academy kimi layihələrin təqdimatından daha geniş strateji baxış gözlənilirdi.

Bu gün əsas suallar başqadır:

- Azərbaycanın süni intellekt üzrə milli data siyasəti necə qurulacaq?

- Dövlət qurumlarında AI hansı prinsiplərlə tətbiq ediləcək?

- Hansı prioritet layihələr həyata keçiriləcək, dövlət sifarişləri nə zaman elan olunacaq, kimlər icra edəcək və bu istiqamətə nə qədər investisiya ayrılacaq?

- Açıq data, fərdi məlumatların qorunması, alqoritmik şəffaflıq, etik çərçivələr və AI risklərinin idarə olunması necə təmin ediləcək?

- Qlobal AI təşəbbüslərindən geri qalmamaq üçün konkret yol xəritəsi nədir?

Əgər RİNN-in süni intellekt sahəsində yanaşması bundan ibarətdirsə, düşünürəm ki, bu həm sektorun və cəmiyyətin gözləntiləri, həm də Prezidentin və Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlərlə tam üst-üstə düşmür.

Bu gün aidiyyəti dövlət qurumundan hansısa rəqəmsal həllərin təqdimatı deyil, daha fundamental, strateji və institusional addımlar gözlənilir.

Ümid edirəm ki, Rəqəmsal İnkişaf Şurasının Katibliyi də bu məsələlərin fərqindədir və süni intellekt sahəsində daha ciddi strateji yanaşmanın formalaşmasına diqqət yetirəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!