“Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb” - Vüqar Rəhimzadə

Siyasət

23 Dekabr 2023 22:41 677


“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək  deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” 2003-cü ildə xalqın mütləq  əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən təntənəli andiçmə mərasimində bu fikirləri böyük inam və qətiyyətlə səsləndirən cənab İlham Əliyev, eyni zamanda, belə bir çağırış da etmişdi ki, Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun  azad edəcəkdir.  

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə böyük inamını nümayiş etdirərək axıra çatdıra bilmədiyi işləri onun axıra çatdıracağına əminliyini ifadə etmişdi. Bu mühüm məqam da xüsusi qeyd edilmişdi ki, cənab İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Son 20 ilin uğurları dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin ona göstərdiyi etimadı doğrultduğunu, xalqın seçimində yanılmadığını bir daha təsdiqlədi.  Toyuqlu pizza

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın bu gün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi uğurlarımızın ümumiləşdirilmiş ifadəsi və gələcəklə bağlı hədəflərimizin təqdimatıdır. Möhtərəm Prezidentimizin daim irəli baxmaq çağırışı möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru addımlamağı  bir tələbə çevirir. Üç il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. 

 Vüqar Rəhimzadə diqqəti  dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının  qarşılaşmasına, oyundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin  stadiondakı çıxışına yönəldib. Bildirib ki, dövlətimizin başçısının böyük inamla və qürur hissi ilə qeyd etdiyi kimi, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz sürətli dirçəliş mərhələsini yaşayır. Paytaxt Bakı ilə yanaşı, bu torpaqlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri tarixi Zəfərimizin təqdimatı olmaqla yanaşı, Böyük Qayıdışın tezliklə tam şəkildə reallığa çevriləcəyini təsdiqləyir. Hər səfər mühüm sosial obyektlərin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıqla yadda qalır. Artıq soydaşlarımızın qayıdış ünvanlarının say tərkibi gündən-günə genişlənməkdədir. Prezident İlham Əliyevin Xankəndidə Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən futbol oyununun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir” fikirləri dünənimizə, bugünümüzə baxış əsasında gələcəyimizin təqdimatıdır. Azərbaycan bundan sonra da yeni-yeni qələbələri ilə dünyanın diqqətində olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!