Ötən ay dövlət sərhədini pozmağa cəhd göstərən 21 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay dövlət sərhədini pozmağa cəhd göstərən 21 nəfər saxlanıldı

Kriminal

01 İyul 2026 19:21 74


İyunda dövlət sərhədini pozmağa cəhd göstərən 21 nəfər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, sözügedən məsələ Dövlət Sərhəd Xidmətinin iyun ayı üçün yaydığı icmalda əksini tapıb.

Qeyd olunub ki, onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlub. Dördpendirli pizza

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Həmçinin ölkədən çıxışı qadağan edilmiş 825 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 32 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!