Ötən gün həlak olan hərbçimiz dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün həlak olan hərbçimiz dəfn edildi - Fotolar

Sosial

06 İyun 2024 18:28 371


İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi "N" saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.

Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub. pizza

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Sənan Nurəddin oğlu Əhmədov iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!