Ötən gün ruslar Ukraynada 1000-dən çox hərbçi itirib

Ötən gün ruslar Ukraynada 1000-dən çox hərbçi itirib

Dünya

07 Fevral 2023 10:48 493


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1030 hərbçisini itirib.

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 133 190 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 28 zirehli döyüş maşını, 1 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!