“Ötən ili ziyanla işləmişik“   - İlkin Həsənli

saytların hazırlanması

Evə çatdırılma

“Ötən ili ziyanla işləmişik“ - İlkin Həsənli

Şou

28 Yanvar 2021 17:57 1931


“Pandemiya bir çox işlərimə mane oldu. Ötən il həm televiziya, həm də internet üçün yeni layihələr hazırlamışdıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Moderator.az-a tanınmış aktyor, prodüser İlkin Həsəni deyib.

O, pandemiyanın işlərinə mənfi təsir etdiyini bildirib: Dördpendirli pizza

 “Təəssüf ki, pandemiyadan dolayı o işlər yarımçıq qaldı. Biz sponsorlardan maliyyələşən bir qurumuq. Sponsorların vəziyyətinin pis olması bizim də işimizə əngəl törətdi. Ötən ili ziyanla işləmişik.

Yeni dönəmə qalib xalq kimi qədəm qoyduq. Özümüzü qalib xalqın nümayəndəsi kimi hiss edirik. Bu hiss istər istəməz işlərimizə də yansıyacaq. Yəni bizə daha çox ruh yüksəkliyi verəcək. Elə şeylər vardı ki, biz onunla bağlı heç nə edə bilmirdik. I Qarabağ müharibəsi ilə bağlı qəhrəmanlıq dastanı və bu xüsusda film, sosial çarx çəkə bilmirdik. Nəticədə biz o döyüşü məğlub olmuşduq. Torpaqlarımızı itirmişdik. Ona görə də bu istiqamətdə ürəyimiz istədiyi layihələri edə bilmirdik. Bu ildən başlayaraq II Qarabağ döyüşlərində canından keçmiş, torpaqlarımızı işğaldan azad edən igid, qəhrəmanlarımız haqqında layihələlər, filmlər, seriallar, sosial çarxlar çəkiləcək. Bu prosesdə özümüz də iştirak edəcəyik. Köhnə həyatımıza bu dəfə qalib kimi geri qayıtmışıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!