Ötən sutka İranda 3 117 yoluxma, 64 ölüm qeydə alınıb
02 İyn 2020 17:27
209

Ötən sutka İranda 3 117 yoluxma, 64 ölüm qeydə alınıb

Qonşu ölkə İranda virus yayıldığı ilk gündən bəri ən çox ikinci yoluxma halı qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, son sutka ərzində 3 min 117 nəfərdə COVID-19 simptomları aşkarlanıb. Beləliklə, yoluxanların sayı 157 min 562 nəfərə çatıb. Ölənlərin sayı isə 64 nəfər artaraq 7 min 942 olub. 

Bildirək ki, bundan əvvəlki ən yüksək yoluxma 3 min 186 idi və həmin göstərici martın 31-də qeydə alınıb. 

Oxşar xəbərlər