Ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alındı
23 Yan 2021 09:42
152

Ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 624 mindən çox artıb.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 624 353 nəfər yeni koronavirusa yoluxub, 16 079 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 96 267 473, ölənlərin isə 2 082 745 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər