İran və Türkiyə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin gücləndirilməsində maraqlıdır.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyası Dövlət Dumasının plenar iclasında bildirib.
O deyib: “Aİİ regiondakı bütün digər ölkələr üçün ağırlıq mərkəzinə çevrilə bilər. Biz Azərbaycan, Türkmənistan, Türkiyə, İran kimi ölkələrin elmi, ekspert və işgüzar dairələrinin birliyə böyük marağı görürük. Aİİ ilə Türk Dövlətləri Təşkilatı arasında yaxınlaşma ilə bağlı təkliflər var”. Marqarita pizza
2023-cü ilin əvvəlində İranla Aİİ arasında azad ticarət sazişi imzalanıb.
Telegram kanalımız