“Oxuma, millətin zövqünü korlamayın” -   Ramaldan bu məşhurlarımıza sərt tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Oxuma, millətin zövqünü korlamayın” - Ramaldan bu məşhurlarımıza sərt tənqid

Şou

17 Sentyabr 2019 13:14 1616


"Üçəlli" verilişinin budəfəki qonağı müğənni-bəstəkar Ramal İsrafilov olub.

“Yeni Sabah” xəbər verir ki, ifaçı veriliş zamanı bəzi şou-biznes nümayəndələri ilə bağlı sərt fikirlər səsləndirib.

"Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ etsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir", - deyən R. İsrafilov bir neçə ay əvvəl Amerika Birləşmiş Ştatlarına köçən Elariz Məmmədoğlunu tənqid atəşinə tutub. pizza sifarişi

Ramal Elarizlə yanaşı rəqqasə Fatimə Fətəliyevanın da bostanına daş atıb. O, rəqqasənin xına məclislərində mahnı oxumasını tənqid edib:

"Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun".  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!