Özilin “Fənərbaxça“dakı maaşı açıqlandı: 3 ildə 9 milyon avro alacaq
26 Yan 2021 10:50
317

Özilin “Fənərbaxça“dakı maaşı açıqlandı: 3 ildə 9 milyon avro alacaq

"Fənərbaxça" yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Yenisabah.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək. Onun məvacibini sabiq klubu "Arsenal" ödəyəcək.

Özil növbəti 3 mövsümün hər birində "Fənərbaxça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

Qeyd edək ki, türk əsilli almaniyalı futbolçunun imza mərasimini yanvarın 27-də keçiriləcək

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər