“Özləri 14-15 yaşlı qızları ilə +18 seriallara baxırlar...” - Sərt cavab

saytların hazırlanması

Evə çatdırılma

“Özləri 14-15 yaşlı qızları ilə +18 seriallara baxırlar...” - Sərt cavab

Şou

21 Fevral 2023 11:51 11651


Tanınmış kultroloq Aydın Xan Əbilov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. 

"Space TV"də yayımlanan "Gəl, danış Amil Xəlil ilə" verilişinə qonaq olan Əbilov evlənmək üçün yaşın fərqinin olmadığını deyib. 

O, açıqlaması zamanı 76 yaşlı anasının ailə quracağı təqdirdə ona icazə verəcəyini deyib. Sezar pizza

Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən görüntülər barədə aparıcı Amil Xəlil Yenisabah.az-a danışıb. 

Aparıcı bildirib ki, yaşlı insanların evlənməsini, evlilik proqramlarına çıxmasını qınaq atəşinə tutan cəmiyyət xarici kanallarda bu tip proqramları izləyir:

“Aydın Xan müəllimin bu açıqlamasından sonra onun anasından da müsahibə aldım. Amma kim nə deyir desin, xarici kütləvi informasiya vasitələri bizim cəmiyyəti onsuz da dəyişir. Bu gün mənim həmkarlarım - Zaur bəy, Elgiz bəy də yaşlı insanları evləndirirlər, əvvəllər də bunu ediblər, istəyirlər xoş günlər çox olsun. Amma insanlar buna da irad bildirir ki, bizdə belə şey yox idi, düzgün deyil və s. Amma oturub başqa kanallarda evlilik verilişlərinə baxır, heç qınamırlar da. 

Bu yaxınlarda “Əqrəb mövsümü” serialında bir öpüşmə səhnəsi yayımlandı. Gördünüzmü, cəmiyyət nə etdi? Onları topa tutdular, söyüşün biri bir qəpikdən yazıldı, aktyorda, aktrisada yer qoymadılar. Amma həmin söyüşləri yazanların əksəriyyəti 14-15 yaşlı qızlarla ilə oturub Rusiya, Türkiyə kanallarında gedən +18 seriallara bəh-bəhlə baxırlar”.  

A.Xəlil qeyd edib ki, kulturoloq anası ilə bağlı səsləndirdiyi fikirlərdə ciddi olub, bunu zarafatyana deməyib: 

“O ki qaldı Aydın Xan müəllimə, o, bu sözləri deyəndə hər kəs təəccübləndi, bəziləri dedi ki, bunu zarafatla deyir, amma zarafatla demirdi. Kulturoloq deyirdi ki, biz əgər 60-65 yaşlı kişinin evlənməyinə pis baxmırıqsa, niyə qadının evlənməyinə bu cür sərt yanaşırıq? Mən isə deyirəm ki, onsuz da 80 yaşlı kişinin evlənəcəyi qadın elə Aydın Xan müəllimin anasının yaşında olan bir qadındır. Bunu niyə bu cür qarsalayırlar?

Mənim fikrimə gəldikdə isə mən bunun tərəfdarı deyiləm. Biz elə etməliyik ki, 70 yaşlı qadın xoşbəxt  yaşasın, mütləqdirmi ki, o evlənib xoşbəxt olsun? Aydın Xan müəllimgil 8-9 uşaqdırlar, hərəsi bir yerdədir, qadın da qalıb tək. 

Cəmiyyət bildi-bilmədi, məsələdən xəbərdar oldu-olmadı bir video görüb altına vallah, billah “like” yığmaq üçün şərh yazırlar. Sosial şəbəkələrdə “like” bölməsi  yığışdırılsa, görün necə  gözəl şərhlər gələcək. Çünki bu zaman yazılanlar “like” üçün yox, içdən gələrək yazılacaq. Baxın, bəzən sosial şəbəkələrdə Zaur bəyin evlilik proqramından bir səhnə paylaşılır, yazılan şərhlər “eh, ona görə Azərbaycan kanallarına baxmıram” yönündədir, amma bunu yazanların çoxu əmin olun ki, yerli telekanallara baxır. Sadəcə “like” toplamaq xətrinə belə yazırlar. Mən çox istərdim ki, insanlar başlarının üstündə Allahı görüb şərh yazsınlar, nəyinsə xətrinə yox”. 

ƏSMƏTXANIM RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!