“Özünə kirayə bəy tutub“ - Razidən cavab gəldi - VİDEO

“Özünə kirayə bəy tutub“ - Razidən cavab gəldi - VİDEO

Şou Veb saytların hazırlanması

04 Dekabr 2023 13:47 20753


Başına gələn qalmaqalı ört-basdır etmək üçün yalançı toy etdiyi, kirayə bəy tutduğu deyilən model Razi Əliyevanın yazılan şərhlərə cavabı gecikməyib.

Yenisabah.az xəbər verir ki, model şərhlərin hamısını oxuduğunu, amma vecinə almağını bildirib:

“Rəylərinizin hamısını oxuyuram. Deyirlər ki, bəy də, toy da “fake”dir. Əgər sizə bu cür düşüncə ilə yaşamaq rahatdırsa, belə düşünün. Amma bu gün həyatımın ən xoşbəxt günü idi. Mənə görə sevinən hər kəsə minnətdarlığımı bildirirəm, dəstək olan hər kəsə təşəkkür edirəm, yaxşı ki varsınız. Hər kəsə cavab veriləcək”.

Qeyd edək ki, “Miss Azerbaijan 2017” müsabiqəsinin qalibi model Razi Əliyevanın nikah mərasimi ötən gün olub.

Onun Nicat adlı oğlanla nikahı Səadət Sarayında baş tutub, daha sonra paytaxt restoranlarının birində şənlik təşkil olunub. Şənlikdə bəy və gəlinin ailə üzvləri və yaxınları iştirak ediblər. Xüsusi qonaq kimi dəvət olunan Xalq artisti Röya Ayxan qonaqlar üçün hitlərini səsləndirib.

Xatırladaq ki, bu ilin iyun ayında Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadənin fiziki zorakılığına məruz qalması barədə məlumatlar yayılmışdı. Həmçinin, Əliyevanın “Mercedes” markalı avtomobili yararsız hala salınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!