Pakistan Rusiya bazarına birbaşa çıxış əldə etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Rusiya bazarına birbaşa çıxış əldə etdi

Dünya

27 May 2023 00:21 821


Pakistan İslam Respublikası ilə dəniz ticarəti əlaqələri açan Rusiya bazarına birbaşa çıxış əldə edib.

Bunu Pakistanın dənizçilik naziri Seyid Feysal Sabzvari deyib.

“Rusiya bayraqlı konteyner gəmisinin Kəraçiyə gəlməsi Pakistan üçün əlamətdar nailiyyətdir. Ölkənin ticarət şirkətləri artıq Rusiya bazarına birbaşa çıxış əldə edirlər”, - deyə o bildirib. Dominos pizza

Sabzvarinin sözlərinə görə, Pakistan mallarının Rusiyaya birbaşa ixracı iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Aprel ayında İslamabad və Moskvanın əldə etdiyi razılaşma çərçivəsində Rusiya neftini daşıyan ilk tankerin iyunun əvvəlində Pakistana çatması planlaşdırılır. Rusiya neftinin Pakistana tədarükünün bir barel üçün 16-18 dollar endirimlə sutkada 100 min barelə çatacağı gözlənilir. Rusiyadan neft ixracına görə ödənişlər Çin yuanı ilə həyata keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!