Pakistan Xarici İşlər Nazirliyi Tehran və Vaşinqtonu mübahisəli məsələlərin həlli üçün hərbi əməliyyatlara son qoymağa və danışıqları bərpa etməyə çağırır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyinin sözçüsü Tahir Əndrabi danışıb:
"Pakistan tərəfləri zorakılığı dayandırmağa və anlaşma memorandumuna uyğun olaraq texniki danışıqları bərpa etməyə çağırmağa davam edəcək". pizza mizza
O əlavə edib ki, münaqişə danışıqlar masasında həll olunmalıdır.
İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə imzalanan anlaşma memorandumuna əsasən, Tehran və Vaşinqton yekun razılığa gəlmək üçün İranın nüvə proqramının taleyi ilə bağlı 60 günlük texniki danışıqlar aparmağı planlaşdırıblar. ABŞ mediasının hesablamalarına görə, bu 60 günlük müddət 17 avqustda başa çatır.
İyulun əvvəlində ABŞ prezidenti Donald Tramp İrana qarşı hücumları bərpa etdi və atəşkəsi tam hesab etdiyini bildirdi. Ötən həftə ABŞ-ın BMT-dəki səfiri Mayk Valts İranın nüvə proqramı ilə bağlı ekspert səviyyəli danışıqların dayandırılmadığını qeyd edib.
Telegram kanalımız