Pakistanda fövqəladə vəziyyət

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda fövqəladə vəziyyət

Dünya

24 Sentyabr 2026 09:38 100


Pakistan hakimiyyəti həbsdə olan keçmiş baş nazir İmran Xanın tərəfdarlarının keçirməyi planlaşdırdığı kütləvi yürüşün qarşısını almaq üçün paytaxt İslamabadı faktiki təhlükəsizlik mühasirəsinə alıb.

“Yeni Sabah” xəbər verir ki, şəhərə giriş-çıxışlar ciddi şəkildə məhdudlaşdırılıb, iki əsas magistral yol hərəkətə bağlanıb vən yolların qarşısı yük konteynerləri ilə kəsilib. Paytaxt və ətraf ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə 35 min əlavə polis və paramilitar qüvvə yerləşdirilib.

Bununla yanaşı, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən reydlər zamanı İmran Xanın üç bacısı və rəhbərlik etdiyi "Ədalət Hərəkatı" (PTI) partiyasının yüzlərlə fəalı saxlanılıb. Baş verənlər ölkədə siyasi gərginliyi pik həddə çatdırıb. pizza

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!