Pakistanda mərkəzi hakimiyyət və müxalifət arasında gərginlik pik həddə çatıb. Ölkə Prezidenti Asif Əli Zərdari Xayber-Paxtunxva əyalətində rəsmi olaraq fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini elan edib.
“Yeni Sabah” xəbər verir ki, qəbul olunan qərarla hazırda həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının (PTI) rəhbərlik etdiyi əyalət hökumətinin bütün səlahiyyətləri dayandırılıb. Federal hökumət yerli rəhbərliyi regionda fəallaşan silahlı qruplaşmalara qarşı mübarizədə fəaliyyətsizlikdə və təhlükəsizlik tədbirlərini təmin edə bilməməkdə ittiham edir.
Mərkəzi hakimiyyətin bu addımına cavab olaraq İmran Xanın tərəfdarları kütləvi etirazlara start veriblər. Müxalifət qüvvələri eks-baş nazirin dərhal azadlığa buraxılması tələbi ilə paytaxt İslamabada böyük yürüşə hazırlaşdıqlarını bəyan ediblər. Əyalətdə və paytaxt ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız