“Pandemiyadan siyasi mübarizədə faydalanmağa çalışanlar xalqa xəyanət edirlər”
08 İyl 2020 16:31
311

“Pandemiyadan siyasi mübarizədə faydalanmağa çalışanlar xalqa xəyanət edirlər”

“Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyaların  sədrlərinin və nümayəndələrinin iştirakı ilə videkonfrans formatında “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən tədbir mühüm əhəmiyyətə malikdir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov deyib. O, bildirib ki, videokonfransda “Pandemiya dövründə dövlət başçısının siyasətinin prioritetinin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu, bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü, xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə, iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketi qəbul olunduğu, 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu və bu işin davam etdirildiyi, eləcə də vergi ödəyiciləri üçün vergi güzəştləri və vergi tətillərinin nəzərdə tutulduğu” xatırladılaraq, ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin məsuliyyətli davrandığı və görülən böyük işlərə obyektiv qiymət verdikləri qeyd olunub:

“Pandemiya şəraitində xüsusilə mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işinin aparılmasında partiyalar yaxından iştirak etdilər və əhalinin sağlamlığının qorunmasında əllərindən gələni etməyə çalışdılar. Müxalifətdə, yaxud, iqtidara yaxın mövqedə dayanmasından asılı olmayaraq, dövlətçilik mövqeyində dayanan partiyalar firqə maraqlarından çıxış etmədilər və xalqın mənafeyini hər şeydən üstün tutduqlarını bir daha sübut etdilər.

Eyni zamanda, Azərbaycan hakimiyyətinə deyil, dövlətinə qarşı müxalifət mövqeyində dayanan “beşinci kolon partiyaları” öz mahiyyətlərinə uyğun olaraq  görülən yaxşı işləri inkar etməyə, hər şeyi qara rəngdə göstərməyə, az qala bütün dünyanı bürümüş pandemiyanın əsas günahkarının İlham Əliyev hakimiyyəti olduğunu iddia etməyə çalışdılar. 

Postpandemiya dövründə iqtisadi vəziyyətin ağırlaşacağını, xalqın güzaranının son dərəcə pisləşəcəyini və müxalifıtin yaranmış əlverişli vəziyyətdən yararlanmalı olduğunu  iddia edənlər bu cəhdlərin xalqa xəyanət olduğunu unutmamalıdırlar. Siyasi hakimiyyət uğrunda mübarizədə fəlakətlərdən, faciələrdən mədəd umanların uğur qazanması mümkünsüzdür və müxtəlif ölkələrdə, bu həqiqət dəfələrlə təsdiqini tapıb, o cümlədən Azərbaycanda da 1992-1993-cü illərdə sübut olunub. 

Düşünürəm ki, parlamentdə təmsil olunmayan siyasi partiyalarla  da bu  cür müzakirələr keçirilməli, dövlətçilik mövqeyində dayanan hər kəsin potensialından maksimum istifadə olunmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər