7 İyul - 02:39
Papikyan sülhməramlıların rəhbərini qəbul etdi

Papikyan sülhməramlıların rəhbərini qəbul etdi

Bölgə

27 May 2022 15:44 695


Mayın 27-də Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrin komandanı, general-mayor Andrey Volkovu qəbul edib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib.

General-mayor Andrey Volkov Papikyana sülhməramlı qüvvələrin müvəqqəti məsuliyyət zonasındakı cari hadisələr barədə məlumat verib.

Həmsöhbətlər Rusiya Federasiyasının regionda hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının prosesini və effektivliyini yüksək qiymətləndiriblər.

Tərəflər, həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!