Paradın aparıcısı tənqidlərə cavab vermədi,   elə suallara da

saytların hazırlanması

Evə çatdırılma

Paradın aparıcısı tənqidlərə cavab vermədi, elə suallara da

Siyasət

10 Noyabr 2025 16:25 23002


Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi parad keçirilib. Tədbir yüksək səviyyədə təşkil edilib, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar paradda iştirak ediblər.

Paradda Silahlı Qüvvələrinin qoşun növlərinin şəxsi heyətləri keçid edib, silah və texnikalar nümayiş etdirilib.

Azərbaycan cəmiyyəti parada böyüm maraq göstərib, onminlərlə adam tədbiri izləmək üçün şəhərin mərkəzi hissəsinə, Dənizkənarı Milli Parka axın edib.  Dördpendirli pizza

Zəfər paradında bir yenilik də olub - aparıcı. Əvvəlki oxşar tədbirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ehtiyatda olan polkovnik Abdulla Qurbani aparıb. Bu dəfə isə səhhətində problemlər olduğuna görə bu missiyanı yerinə yetirə bilməyib. Nəticədə aparıcılıq AzTV-nin əməkdaşı Mümtaz Xəlilzadəyə həvalə olunub.

Əksəriyyət onun işini bəyənməyib. Sosial şəbəkələrdə bununla bağlı aparılan geniş müzakirələr, hətta sorğular da belə deməyə əsas verir. Sosial şəbəkə istifadəçiləri düşünürlər ki, M.Xəlilzadənin səs tonu paradın xarakterinə uyğun olmayıb. Bir növ emosiya çatmayıb.

“Yeni Sabah” tənqidlərə münasibətini, paradla bağlı təəssüratını öyrənmək üçün M.Xəlilzadə ilə əlaqə saxlayıb.

Lakin o, danışmaqdan imtina edib: “Paradda etdiyim aparıcılıqla bağlı heç bir açıqlama, şərh olmayacaq. Zənginizə görə təşəkkür edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Niyazi
    Bezi seyleri bezemeye 1 caniq.Ne catmirdi? Beke her seyde lap normal idi..
    6 months ago
  • Abdullah
    Bütün sahələrdə kadr çatışmazlığımız var...əksəriyyəti öz yerində deyil axı...tapşırıqla və ya qohumbazlıq,yerlibazlıq.. ona görə də heç bir sahədə düz əməlli xidmət yoxdur..
    6 months ago
  • Рамиль
    Hər kəs öz işini görsə yaxşı olar, paradın aparıcısı Abdulla Qurban kimi bir şəxs olmalı idi, səs intonasiyası yüksək olan bir şəxs paradı aparmalı idi
    6 months ago
  • Mais m.
    Adə biraz diri oynadaa...
    6 months ago
  • Qarayev Rovšen
    YAXŠI ELEYIB....KEÇEN ILKI YALAG ŠIRIN KIŠICIK SESIYDI
    6 months ago
  • Nazir Novruzov
    Salam .niyə ki? Mən baxdım parada lap da gözəl təmiz səlist emosiyalı səsi var.
    6 months ago