Parisdə növbəti polis zorakılığı - 17 yaşlı gənc öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Parisdə növbəti polis zorakılığı - 17 yaşlı gənc öldürüldü

Dünya

28 İyun 2023 14:40 857


Fransanın paytaxtı Parisdə 17 yaşlı yeniyetmə polis zorakılığının qurbanı olub. 

Yenisabah.az xəbər verir ki, hadisənin görüntüləri sosial mediada yayılıb.

Gənc avtomobil sürərkən polisin "dayan" əmrinə tabe olmayıb və bu zaman polis ona atəş açıb. Sinəsindən yaralanan gənc xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Yeniyetməni güllələməkdə təqsirləndirilən polis məmuru saxlanılıb.  Dominos pizza

Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanter şəhərində etiraz aksiyaları keçirilib. Hadisələrdən sonra 24 nəfər saxlanılıb. 

17 yaşlı gənc il ərzində Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Ötən il 13 nəfər eyni səbəbdən dünyasını dəyişib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!