Parisdə YUNESKO Katibliyində görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Parisdə YUNESKO Katibliyində görüş keçirilib

Sosial

29 Yanvar 2019 17:47 982


Parisdə YUNESKO Katibliyində görüşlər keçirilib.

Məlum olduğu kimi, Bakıda 2019-cu ilin 2-3 may tarixində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixində isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki,  hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə YUNESKO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib. Toyuqlu pizza

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə YUNESKO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson YUNESKO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirib.

Artıq YUNESKO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanıb. 

Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirilib. V.Eyvazzadə bildirib ki, Komitə iclasının Bakıda keçirilməsi ilə bağlı prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb.

Görüş zamanı, həmçinin YUNESKO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olunub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!