Ermənistan parlamentinin “Hayastan” adlı fraksiyasından olan deputatı Mger Saakyan saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Buna səbəb Mger Saakyanın parlament komissiyasında qapalı müzakirə zamanı hakim “Mülki müqavilə” fraksiyasının üzvü Vladimir Vardanyana hücum etməsi olub.
Məlumata görə, deputata qarşı cinayət işi başlanılıb, şahid ifadələri alınıb və lazımı istintaq hərəkətləri keçirilir.
Ermənistan parlamentinin sədri Alen Simonyana deputatın saxlanılması ilə bağlı məlumat verilib.
Telegram kanalımız