Paşinyan Ermənistanın keçmiş prezidentlərini debata çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Ermənistanın keçmiş prezidentlərini debata çağırdı

Siyasət

08 Oktyabr 2025 01:02 431


Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin əvvəlki üç prezidenti - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı debata çağırıb.

Oxu.Az xəbər verir ki, Paşinyan bu barədə özünün "Telegram" kanalında yazıb.

Bu üç siyasətçi Ermənistanın 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra vəzifədə olublar. pizza sifarişi

Paşinyan dəfələrlə sabiq dövlət başçılarını ilk növbədə Qarabağ siyasətinə yanaşmalarına görə tənqid edib. Ermənistanın baş naziri onları korrupsiyada və münaqişədən qazanc əldə etməkdə ittiham edib. Paşinyanın keçmiş liderlərə əvvəlki çağırışları cavabsız qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!