Paşinyan hakimiyyəti cəbhədə baş verənləri gizlədir - Erməni KİV

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan hakimiyyəti cəbhədə baş verənləri gizlədir - Erməni KİV

Rəsmi

12 Aprel 2023 09:50 1027


Ötən gün sərhəddə baş verən atışmadan sonra yenə də xalqa səlis məlumat verilmədi. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

"Sərhəddə döyüşlər gedir, amma Paşinyan hakimiyyəti və Müdafiə Nazirliyi özünü “sülhsevər” yerinə qoyub. Onlar deyir ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etməmişik, silahımız və təcavüzkar niyyətimiz yoxdur, davranışınızdan asılı olmayaraq sülhsevərik.

Sonra hakimiyyət komandası erməni mətbuatını danlamağa, nəsihət etməyə başladı ki, bu haqda yazmayın, Tex və Vardenisdə baş verənləri ictimaiyyətə çatdırmayın, çünki Müdafiə Nazirliyi rəsmi məlumat verəcək. Bütün bunlardan sonra isə deyirlər ki, hazırda bölgədə vəziyyət stabildir, Vardenisdə isə çəkiliş aparmırlar.

Bu ört-basdırın məqsədi 2020-ci ildən bizə məlumdur ki, hakimiyyət camaat arasında panika yaranmasını istəmir. Baxmayaraq ki, İrəvanda yaşayan insanlar panikaya düşə bilirlər. “Çaxnaşma” sözünü deməməklə Paşinyan iqtidarı başa düşür ki, hakimiyyətdən narazılıq artmamalı, hakim komandanı söyməyə başlamamalı və yekun olaraq onların getmələrini tələb etməməlidir. Bəs niyə özlərinə haqq qazandırırlar ki, biz atəş açmırıq, pilotsuz təyyarələrdən istifadə etmirik. Bəlkə bu, həm də beynəlxalq ictimaiyyətə yönəlib? Belə çıxır ki, Ermənistan dövlət strukturlarının hələ də sülh gözləntiləri var. Ona görə də artıq biz qalib gələcəyik filan deməyin”, - deyə erməni KİV-i qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!