Paşinyan hökumət üzvlərinə Şuşa ilə bağlı göstəriş verib

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan hökumət üzvlərinə Şuşa ilə bağlı göstəriş verib

Siyasət

10 May 2025 15:37 8995


"Artıq ikinci ildir ki, Nikol Paşinyan mayın 9-da İkinci Dünya müharibəsinə həsr olunmuş müraciətində Şuşanın adını çəkmir".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" nəşrində dərc olunan yazıda bəhs edilir.

Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edilmişdi. Sezar pizza

İndi isə müəllif həm Şuşanın işğal edildiyi günün, həm 9 May - Faşizm üzərində Qələbə Gününün, həm də Qarabağdakı separatçı rejimin "ordusunun yaradılması günü"nün daha birlikdə bayram edilməməsinin dərdini çəkir:

"Vaxt var idi ki, bu gün erməni xalqı üçün üçqat bayram idi, Nikol Paşinyan və qrupu bizdən nəinki üçgünlük tətili oğurladılar, onlar hətta belə bir bayramın olduğunu da dilə gətirmirlər. Paşinyan sonuncu dəfə Şuşanın adını 2023-cü ildə çəkib. Bu il isə müraciətdə nəinki Şuşa haqqında bir kəlmə də olsa deyilmədi, həm də öyrəndik ki, bütün dövlət məmurlarına, o cümlədən yerli hakimiyyət orqanlarının rəhbərlərinə öz mesajlarında "Şuşanın işğaldan azad edilməsi" ifadəsinin işlədilməsinin yersiz olduğu haqqında yüksək səviyyədə göstərişlər verilib".

Yazıda, həmçinin bildirilib ki, bəzi bələdiyyələrin sosial şəbəkə səhifələrinin araşdırılması zamanı Şuşa ilə bağlı heç bir qeydə rast gəlinməyib.

Xatırladaq ki, Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla həmin gün Azərbaycanda İkinci Qarabağ müharibəsində Qələbənin şərəfinə Zəfər Günü olaraq qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!