Ermənistanın Baş naziri Nikol Paşinyan İran və ətraf ölkələrdə gərginliyə toxunaraq, hökumətin Ermənistanın üzləşdiyi potensial risklərə və çağırışlara cavab vermək üçün atdığı addımları təqdim edib.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, vəziyyətin gərginləşmə potensialını qiymətləndirmək üçün ilyarım əvvəl Ermənistan Təhlükəsizlik Şurasında işçi qrup yaradılıb:
"Əlbəttə, buna görə dərin təəssüf hissi keçiririk və İranda və bütövlükdə regionda baş verənlər bizim üçün çox ağrılıdır, amma vəziyyət yeni deyil. Başqa sözlə, ümumiyyətlə beynəlxalq xəbərləri izləyənlər ən azı belə bir şeyin baş verə biləcəyindən ehtiyatlı olmalı idilər. Artıq demişəm ki, bu vəziyyətlə məşğul olan işçi qrupumuz var". pizza mizza
Telegram kanalımız