“Paşinyan Moskvaya gələcək və “məni bağışlayın” deyəcək” - Alen Gevondyan

“Paşinyan Moskvaya gələcək və “məni bağışlayın” deyəcək” - Alen Gevondyan

Rəsmi Veb saytların hazırlanması

29 Noyabr 2023 13:55 1558


“44 günlük müharibə ərəfəsində Rusiyanın da təmsil olunduğu KTMT tərəfdaşları Azərbaycanın mümkün hücumuna qarşı hərbi təlimlərin keçirilməsi planını Ermənistana göndərsə də, Ermənistan buna reaksiya verməyib”. 

“AzPolitika.info” xəbər verir ki, bunu erməni mediasına açıqlamasında politoloq Alen Gevondyan deyib. 

“Ermənistanın cavabı belə oldu: 100 səhifəni oxumağa vaxt yoxdur. Başqa sözlə, Ermənistanda müharibədə qalib gəlmək üçün heç bir gündəm yox idi. Yəni torpaqları təslim etmək üçün məqsədyönlü imitasiya müqaviməti göstərildi. Yalnız erməni silahlı qüvvələrinin zabitləri, əsgərləri öz hesablarına həmin xaos şəraitində ciddi müqavimət göstərə bildilər”. 

Gevondyanın fikrincə, söhbət KTMT-nin ideal olmasında deyil, onu əsaslı faktların və arqumentlərin köməyi ilə tənqid etmək olar: “Əgər Ermənistan özünü suveren dövlət və ya ümumiyyətlə dövlət hesab edirsə, onun bütün qonşuları ilə demarkasiya olunmuş, delimitasiya olunmuş sərhədi olmalıdır. Yəni İrəvan KTMT nümayəndələrinin və ya hərbu qüvvələrinin hara yerləşdiriləcəyini deməlidir, buna baxmayaraq, Ermənistan KTMT-ni ittiham edir ki, kömək etmirsən. Burada söhbət cəfəngiyyatdan, siyasi infantilizmdən və ya intellektual yetərsizlikdən gedir. KTMT-nin regionda öz problemləri var. KTMT-nin fikrincə, Ermənistanla Azərbaycan arasında seçim etməməli idi, bu həmişə belə olub. Yəni burada hakimiyyətin vəzifəsi Rusiyanı hədəfə almaqdır”. 

Politoloqun fikrincə, hakimiyyətin məqsədi son məqsəd kimi Ermənistan-Rusiya münasibətlərini pisləşdirmək və regionu Rusiyanın təsirindən çıxarmaq olub. “KTMT-dən çıxmaq günü gələcək, bu baş verməsə, o deməkdir ki, hansısa ekstremal hadisə baş verib. Onun barəsində isə ictimaiyyətə açıqlama verilməyəcək. Unutmayın, bir gün Ermənistan Gömrük İttifaqına daxil olmaq qərarına gəldi. Avropalıların bütün vədlərini də belə ləğv etmişdilər, bu dəfə də belə olacaq, indiki Baş nazir Moskvaya gələcək və “məni bağışlayın” deyəcək və Ermənistanın vassal olduğunu bildirəcək”, - o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!