Paşinyan: Müstəqillik Bəyannaməsi münaqişə bəyannaməsidir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Müstəqillik Bəyannaməsi münaqişə bəyannaməsidir

Dünya

19 Mart 2026 13:30 382


Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlərə brifinqdə bildirib.

O, Müstəqillik Bəyannaməsini tənqid edərək, konstitusiyadakı bütün dəyişikliklərin Ermənistanın daxili işi olduğunu vurğulayıb. pizza mizza

Paşinyan region ölkələrini eyni mərtəbədəki mənzillərə bənzədib.

O qeyd edib ki, bu mənzillər qonşular üçün təhlükə yarada bilər. Belə şəraitdə ölkə yalnız xarici dəstək sayəsində mövcud ola bilər:

“Beləliklə, siz dəstək gözlədiyiniz tərəfdən getdikcə daha çox asılı olursunuz. Ona görə də, Müstəqillik Bəyannaməsi – münaqişə və asılılıq bəyannaməsidir”.

Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!